Minanı efirdə biabır etdilər VİDEO

Müğənni Mina Hüseyn verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü canlı efirə zəng edərək Minanı sərt tənqid edib: “Mina yaxşı xanımdır. Amm efirdə elə oturmaq olmaz. Bütün altın-üstün görünür. Mən sənin şəklini çəkmişəm. Bu verilişə körpələr, kişilər baxır. Qadın qadın kimi oturmalıdır. Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovamız olub. Hamısının da sinəsi, qolu bağlı olub”.

Minanın Güllüyə cavabı gecikməyib. Müğənni sərt şəkildə “Əziz xanım, Sara Qədimovanın dövrü getdi! Biz 21-ci əsrdə yaşayırıq. Bəlkə ayaq üstə durum, heç oturmayım”-deyərək Güllünü ələ salıb.

Bu sözləri eşidən Güllü “Ola bilər aqressiv danışdım. Bağışlayın üzr istəyirəm” deyərək telefon xəttindən ayrılıb.

Qeyd edək ki, Güllüdən öncə efirə zəng edən Əməkdar artist Zöhrə Abdullayeva da, Minanı sərt tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...