Azərbaycan müğənnisi Rəqsanə İsmayılova Moskvada yeni klipinin çəkilişlərini başa vurub

Azərbaycan müğənnisi Rəqsanə İsmayılova Moskvada yeni klipinin çəkilişlərini başa vurub
Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılova Moskvada yeni klipinin çəkilişlərini başa vurub. SİA-nın Day.Az saytına istinadən verdiyi məlumata görə, "Təkcə sənin" mahnısına klipi Elşən Babayev çəkib.

Rəqsanə İsmayılova bildirib ki, klipdə 21 yaşlı türkiyəli model Toğrul Aksa da çəkilib. "Mən rus modellərin də xidmətindən istifadə edə bilərdim və bu, mənə daha ucuz başa gələrdi. Amma türklər mənə daha yaxındır", - deyə Rəqsanə qeyd edib.

Yeni klip mayın sonlarında Rəqsanənin yeni jurnalı ilə birlikdə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə