"Oktayı 30 ildə ilk dəfə baba olanda ağlayan gördüm"

Əməkdar artist Dilarə Əliyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, bir neçə gün əvvəl nənə olan aktrisa nəvəsindən söz açıb: "Çox sevincliyəm, yeni bir statusa qədəm qoymuşam. Düşünürəm ki, balamıza layiqli nənə olacam. Qəribə sevinc hissi mənə məsuliyyət gətirib. Keçirdiyim hissləri sözlərə sığdıra bilmirəm. Tanrıdan diləyim, bütün valideynlərin bu, xoş ovqatı yaşamasıdır".

Qızım Aytən balaca idi, çəkilişlərə qatılırdı. Hamı deyirdi, gün gəlsin toyu olsun. Düşünürdüm ki, eh, hələ onun gəlin olmasına nə qədər var. İndi toy oldu, Aytən gəlinlikdə, quruyub baxıram ki, həmin gün gəldi? Bu dəfə isə uşaq qucağımda baxıram ki, bu mənim nəvəmdir?

Oktayla 30 ildir evliyik. Bu illər ərzində bir dəfə də olsun Oktayın gözünün yaşardığını görməmişəm. Ona zəng edəndə ki, gözün aydın, baba oldun, səsi titrədi. Oqtayın ilk dəfə ağlamağını onda gördüm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...