"Koronavirusa görə atam öldü, xəstəxanalıq oldum, uşaqlarımdan ayrı düşdüm" VİDEO

Rəqqasə Rəna Ağamuradova (Renka) verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, koronavirus xəstəliyinə yoluxmasından danışıb: "Koronavirus mənim üçün qorxulu yuxudur. Bu xəstəlik başlayanda çox qorxurdum. Elə qorxduğum da başıma gəldi. Belə ki, koronavirus xəstəliyinin qurbanı oldum. Yaxınlarıma görə çox narahat idim. Özüm üçün heç qorxmadım. Fikirləşdim ki, sağalacam”.

Renka dünyasını dəyişən atasından da söz açıb: “Atamın ürəyində problem var idi. İki dəfə infarkt keçirmişdi. Atamın ölüm xəbərini xəstəxanadan zəng edib, dedilər (ağlayır). Onu da qeyd edim ki, onunla münasibətim tam başqa idi. Atam mənim həm dostum, həm qardaşım idi. Bir gün gələcək mən onunla qovuşacam.

Hamı deyir güclü ol. Amma mən güclü qadın deyiləm”.

Rəqqasə xəstəxanada tək yox, bacısı ilə birgə müalicə aldığını dilə gəirib: “Atamı dəfn etdikdən sonra bacımla xəstəxanaya getdik və müalicə olunduq. 8 günə sağlamlığımıza qovuşduq. Amma uşaqlarımdan ayrı düşdüm”.

Renka atasının dəfnində baş verən xoşagəlməz hadisədən də bəhs edib: “Atamın dəfnində bacımla mən anamı, əmilərimi, bibilərimi yaxına qoymadıq. Anam ağlayırdı”.

O, rəqqasəlik sənətindən getmək istədiyini bildirib: “Bundan sonra bilmirəm necə rəqs edəcəm. Əvvəlki kimi geyinə biləcəmmi? Musiqinin səsini eşidib, camaatın üzünə gülə biləcəmmi? Amma heç bir işlə məşğul olmuram deyə də başıma hava gəlir. Bütün günü evdəyəm. Övladlarım mənə görə çox pis olurlar. Ortada qalmışam. Bilmirəm nə edim”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...