Azərbaycanlı reper ağır qəza törətdi FOTOLAR + VİDEO

"Elley" ləqəbi ilə Rusiyada məşhurlaşan azərbaycanlı reper Elmin Quliyev avtomobil qəzası keçirib. SİA-nın məlumatına görə, hadisə Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib. Musiqiçinin idarə etdiyi "Infiniti" markalı avtomobil başqa bir maşınla toqquşub. Elminin idarə etdiyi maşın yoldan çıxaraq səkidəki sərnişinləri vurub.

Yolla gedən qadınlardan biri isə ayağının yarısını itirib. Moskvanın mərkəzində baş verən qəzada 3 nəfər ağır xəsarət alıb. Onlardan ikisi səki ilə gedən kişi və qadın, biri isə repçinin yanında oturan xanım olub. Onun yanındakı xanım isə "TikTok"da məşhur olan Aldareva adlı qız olub. Aldareva tez-tez reperlə görüntülərini izləyiciləri ilə bölüşüb.

Qəzaya səbəb Elmin olub, o işıqforda qırmızı işıqdan keçməyə çalışıb. Repçi isə günahkar olduğunu inkar edib. O bildirib ki, qırmızı işıq sönəndə avtomobil hərəkət edib.

O, hadisə yerində alkaqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

Qeyd edək ki, bu repçinin ilk avtomobil qəzası deyil. Üç il ərzində o, dördüncü avtomobil qəzasını edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...