Zamiq: "Toya 15 minə gedirəm" VİDEO

Müğənni Zamiq Hüseynov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı aparıcı Elşən Orucovun "15 minə toya gedirsən" sözlərinə belə cavab verib: "20 ildir sənətdəyəm, hər şey əladır. Çalışdığım qədər yaxşı musiqi ilə məşğul olur, bəstəkarlarla çalışıram. Ömrümün sonuna qədər çalışacam keyfiyyətli musiqilər təqdim edim. 15-20 min manata toyları idarə edirəm".

İfaçı dostluq münasibətlərindən də bəhs edib: "İndiki zəmanədə dost xəyanətinə əla baxıram. Artıq hamı ona normal baxır. Dost-dosta xəyanət edəndə artıq təəccüblənmirəm".

Elşən Zamiqə "Şou-biznesdə hər kəs özünə ad qoyur. Sənin nə əcəb adın yoxdur?" sualını ünvanlayıb. İfaçı bu reaksiyanı verib: "Valideynlərim mənə ad qoyub. Odur ki, ikinci ada ehtiyyacım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...