İbrahim Borçalı ölən oğlundan danışdı: "Son illər oğlumla ünsiyyətdə olmadım" VİDEO

Müğənni İbrahim Borçalı verilişlərin biri ilə telefon əlaqəsi yaradaraq rəhmətə gedən oğlu Rəhimdən danışıb. SİA-nın məlumatına görə, sənətçi son illər övladı ilə az vaxt keçirməsindən söhbət açıb: “Həyat çox acımasızdır. Tətil vaxtlarında gələrdi. Deyirdim ki, sən evdə ol, mən getdim. Son illər oğlumla ünsiyyətdə olmadım. İnsan bilmir başına nə gələcək. Saytlar yazır ki, ona maşın almışam. Almamışdım, heç istəmirdi. Özü 2 il öncə imtahan verib sürücülük vəsiqəsi almışdı. Oğlumla yoldaşım Gürcüstan qeydiyyatı olduğu üçün qanunla orada qaldı. Gəlməyinə 5 gün qalmışdı. Səhər 10-da yuxudan durub rayona banka getmək istəyib. Qonşunun oğlu hər gün işə səhər saatlarında gedir. Amma həmin gün yatıb qalır. Oğlum ondan soruşanda ki, hara gedirsən, rayona gedəcəyini deyib. O da qonşunun oğlunun maşınına oturub. Qonşunun uşağı sürət həddini aşıb və ötmə əməliyyatı zamanı qəza törədib. Nəticədə rəhmətə getdi və özüylə mənim uşağımı da apardı”.

Qeyd edək ki, ifaçının 21 yaşlı oğlu Rəhim Həsənov 18 iyul tarixində avtomobil qəzası nəticəsində həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...