“Uşaq Allahdan mənə hədiyyədir, qınamasınlar” FOTOLAR

10 il əvvəl Türkiyəyə gələn və məşhurlaşan aktrisa Məryəm Üzərli özü haqda ilginc açıqlamalar verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı bu sözləri dilə gəirib: "Karantində 24 saat qızımla bir yerdə idim. Sadəcə market və aptek lazım olanda küçəyə çıxırdıq. Hər şey dayandı, biz olanları anlamağa çalışırdıq".

Üzərli bildirib ki, qızı onun aktrisalıq etməsini istəmir: "İşimə görə çox səyahət etmişəm. Lara mənə bunu irad tutub. Deyir ki, niyə aktrisa oldun? Onun fikrincə aktrisa olmaq çox səyahət etmək deməkdir. Deyir ki, bankda işləyərdin, müəllim olardın. Saat 5-dən sonra evə gələrdin. Bütün bu iradların ardından deyir ki, mən də aktrisa olmaq istəyirəm".

Aktrisa sevgi haqda da danışıb: "Heç bir zaman yalnız olmadım. İndi də tək deyiləm. Həyatımda biri var. Amerikalıdır, Almaniyaya gəlib. İndi bizə görə burada yaşayır. Uşaq da Allahdan mənə bir hədiyyədir, məni qınamasınlar. Toy hələ ki, istəmirəm. 20-30 adam çağırıb, maskalı toy edən deyiləm".

Aktrisa karantin bitən kimi Türkiyəyə qayıdıb, filmlərə çəkiləcəyini də gizlətməyib.

Qeyd edək ki, hazırda hamilə olan aktrisa qızı Lara ilə Almaniyada yaşayır və orada kafe açıb, işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...