İqor Krutoy əməliyyat olundu
Məşhur rusiyalı bəstəkar İqor Krutoy ABŞ-da təcili olaraq böyrək daşı diaqnozu ilə əməliyyat olunub. İki həftə bundan əvvəl bəstəkar Nyu-York klinikalarından birinə təyin olunmuşdu. SİA-nın rus saytına istinadən verdiyi xəbərə görə, o anlarda İ.Krutoyun səhhəti təhlükə altında idi. Əməliyyata qədər bir neçə kəskin ağrılarla müşayiət olunan sancılar keçirib. Mətbuatda yayılan xəbərə görə, bəstəkarın səhhəti indi qənaətbəxş sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə