Depressiyaya düşüb, saçlarını kəsdirən Renkadan yeni xəbər var FOTO+VİDEO

Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) atasını itirdikdən sonra depressiyaya düşmüşdü. SİA-nın məlumatına görə, o, hətta psixoloji vəziyyətinin pis olduğu üçün saçlarını belə kəsdirmişdi.

Renka yenidən özünü toparlayaraq işlərinin başına keçib. Belə ki, rəqqasə yeni fotosessiya etdirir. Bu haqda Ağamuradovanın özü xəbər verib. O, bildirib ki, iş başında olarkən depressiyadan yavaş-yavaş uzaqlaşır.

Onun yeni fotosessiyasından şəklini və görüntülərini təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə