Fahriye Evcen: "Burakın hər halını sevirəm” FOTOLAR

Fahriye Evcen: "Burakın hər halını sevirəm” FOTOLAR

Türkiyənin məşhur cütlüyü Burak Özçivit ilə Fahriye Evcen restorandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Kuruluş Osman" serialındakı obrazına görə saçlarını qısaldaraq, saqqalını uzadan aktyor "Belə çox rahatdır" söyləyib.

F.Evcen isə "Burakın hər halını sevirəm, amma bu imicini daha çox bəyəndim" deyib.

Oğlu Karan dünyaya gəldikdən sonra efirdən uzaqlaşan aktrisa "Artıq aktrisalıq etmək istəyirəm, çox darıxmışam" deyərək hazırda layihələri dəyərləndirdiyini bildirib.

Cütlük Bodrumda istirahət etdikləri zaman mübahisə etdikləri ilə bağlı xəbərləri yalanlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə