Nura Surinin yaradıcılığında yenilik var

Nura Surinin yaradıcılığında yenilik var
Bir müddət öncə 35 illik yubileyini böyük təntənə ilə qeyd edən Nura Suriyə həmin gün özəl hədiyyə olmuşdu. Bəstəkar İsa Məlikov müğənniyə yeni bir mahnı hədiyyə edib. SİA-ya açıqlama verən Nuranın sözlərinə görə, o, artıq İsa Məlikovun bəstəsini lentə aldırıb. Yeri gəlmişkən onu da qeyd edək ki, mahnının oranjimanı da elə bəstəkarın özünə məxsusdur. Mahnının sözləri isə Kübra xanıma aiddir. Nəzərə alsaq ki, bir çox müğənnilərimizin mahnı boxçasında yeni mahnılar azlıq təşkil edir, onda Nura Surinin həmkarlarından fərqləndiyini idda etmək olar. Çünki bir ay öncə yeni albomunu pərəstişkarlarının ixtiyarına təqdim edən sənətçi artıq növbəti albom üzərində çalışmağa başlayıb. Yəni bəzilərindən fərqli olaraq sənətçi boş söz deməyib. Hətta yeni ilin ilk günlərində albomun təqdimatı belə nəzərdə tutulub. Nuranın yeni albomuna eyni zamanda musiqisi anonim, sözləri Azər Şirinə, ornajiman Osaman Həmidov məxsus olan yeni bir bəstəni də eşitmək mümkün olacaq. Yeni torluda, bundan əlavə musiqisi Aynur Adilqızına, sözləri Sevinc Şirinova məxsus olan maraqlı bir mahnı da yera alacaq. Mahnının ornajimanı isə Samir Şirinova aiddir. Müğənninin sayca 3-cü albomunda bəstəkar Gövhər Həsənzadənin daha bir bəstəsi yer alacaq. Bu barədə açıqlama verən Nura Suri müxtəlif bəstkarlarla işləməkdən zövq aldığının da dilə gətirdi: "Albomda bir neçə bəstkarın mahnıları yer alacaq. Müxtəlif bəstəkarlarla işbirliyi qurmağı sevirəm. Çünki müasir dinləyici yeniliyi sevir. Eyni tipli mahnılar dinləyicini yora bilər. Ona görə də çalışıram ki, albomda müxtəlif janrlarda və fərqli üslublarda bəstələr olsun. ". Yeri gəlmişkən onu da qeyd edək ki, Nura bu albomunda da yeni bir duetə imza atacaq. Belə ki, Nura bu dəfə Nurlan Növrəsli ilə duet oxumağa hazırlaşır. Müğənni yeni mahnılar ifa etmək üçün əməlli-başlı çalışır. Boş vaxtlarını studiyada çalışan sənətçi artıq bu albomuna da maraqlı mahnıların daxil olacağına əmindir. Albomda Murad Arifin mahnılarından birinin yer alması da planlaşdırılıb. Nuranın sözlərinə görə, artıq Murad Ariflə danışıqlar aparılır.

Çox güman ki, yay aylarında Nura mahnılarından birinə klip də çəkdirdi. Müğənni rejissor kimi yenidən Fuada Əlişova müraciət etmək fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə