Meyxanaçı və müğənni Namiq Qaraçuxurlu son zamanlar efirlərdə görünməməyinin səbəblərini açıqlayıb. SİA-nın məlumatına görə, o bildirib ki, efirdə görünməməyinin səbəbi yorğun olmasıdır: "Ancaq buna baxmayaraq artıq işimin başındayam. Çoxlu sayda mahnılarım studiyada qalıb. İlk işim onları tamamlamaq olacaq. Hazırda yarımçıq qalan şeirlərim və yazılası sözlər var. Hələlik yarımçıq qalan işlərimlə məşğul olacağam".
Qarşıda bir çox layihələrinin həyata keçirilməsi ilə məşğul olacağını deyən N. Qaraçuxurlu: "Bir layihəmiz var ki, bu da bizim yol polisləri haqqında olacaq. İnsanların keçidlərdən, sürücülərin qeyd olunan zolaqlardan keçərkən piyadalara güzəşt etməsi və qayda qanunlara riayət etməsi haqqında tədqiqi və təbliği mövzumuz var. Hazırda Dövlət Yol Polisinin rəhbərliyi ilə danışıqlar gedir. Əgər bu fikrimizə razılıq versələr bu işi tezliklə həyata keçirəcəyik",- deyə əlavə edib.
Meyxanaçı onu da vurğulayıb ki, yeni layihə barəsində bir çox razılıqlarımızı almışıq: "Yollarda bizə şərait yaratmalıdırlar, bununla bağlı formalar və maşınlar lazım ola bilər. Bir çox məsələlər də həll olunsa, düşünürəm ki, bu layihə 1 ay içində gerçəkləşsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB