"Gülbahar Şükürlünün başında şiş aşkarlanıb, təcili əməliyyat olunmalıdır"

"Gülbahar Şükürlünün başında şiş aşkarlanıb, təcili əməliyyat olunmalıdır"

Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün səhhətində ciddi problemlər yaranıb. SİA-nın məlumatına görə, bu haqda aparıcı Lətafət Ələkbərova xəbər verib: "Mənə əziz olan Gülbahar Şükürlünün səhhəti yaxşı deyil. Başında şiş aşkarlanıb. Təcili əməliyyat olunmasa həyatını itirə bilər. Bu günə qədər onun səhhətində yaranan probleminin maliyyə xərcləri dövlətimiz tərəfindən ödənilib. İnanıram ki, yenidən qarmon ifaçısı sağlamlığına qovuşacaq.

Gülbahar xanım, dualarımız səninlədir".

Bütün xəbərlər Facebook səhifəmizdə