Sosial şəbəkələrdə Afaq Bəşirqızının oğlu məktəb direktoru olan gəlinini boşadığı haqda xəbərlər yayılıb. Bildirilib ki, Xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.
Məsələ ilə əlaqədar olaraq aktrisa ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən A.Bəşirqızı bu sözləri dilə gətirdi: "Yayılan xəbər yalnışdır. Heç bir həqiqəti əks etdirmir".
Qeyd edək ki, ötən ayın 14-də Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB