Bildiyiniz kimi, pandemiya səbəbindən bütün konsertlər təxirə düşüb. SİA-nın məlumatına görə, bunun üçün mart ayından səhnəyə çıxa bilməyən "Bu şəhərdə" komandası yeni çıxış yolu tapıb.
Belə ki, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və ssenarist Müşviq Abbasovun yer aldığı komanda bir müddətdir səhnəcikləri lentə alıb "Youtube"da yayımlayırlar. Bunun üçün aktyorlar hətta şadlıq sarayı da tutublar. Rafael və Coşqun səhnələri şadlıq sarayının səhnəsində oynayırlar.
"Bu şəhərdə" yeni çıxışlarını koronavirus infeksiyasına, karantinə və son günlər baş verən digər siyasi hadisələrə həsr ediblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB