Xalq artistinin xanımı koronavirusa görə hər kəsdən uzaqlaşdı
Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Covid19-a görə özünütəcrid edib. SİA-nın məlumatına görə, opera ifaçısı bu haqda özü xəbər verib. O, bildirib ki, buna səbəb "Don Karlos" operasındakı həmkarı, müğənni İldar Abdrazakovda koronavirus aşkarlanıb.
Annanın testlərinin cavabı neqativ olsa da, o, özünütəcridə üstünlük verib. Netrebko bunu yaxınlarının təhlükəsizliyini qorumaq üçün etdiyini vurğulayıb.
Müğənni həmçinin “Yevgeni Onegin” tamaşasındakı çıxışını dekabra keçirdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB