“Eurovision-2011”-də Azərbaycanın postkartı “Ürək döyüntünü duy” frazası olacaq
Bu gün Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsininin birinci yarımfinalında Azərbaycan postkartı keçən ildən fərqli olaraq bu il xəritə yox, məhz gənc Azərbaycan qızlarının sloqanı - "Ürək döyüntünü duy" frazası olacaq.
Qeyd edək ki, təmsilçilərimiz bu gün "Running Scared" mahnısı ilə ölkəmizi təmsil edəcəklər. I yarımfinalda ümumilikdə 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. 19 ölkədən 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaq.
Azərbaycanla yanaşı, bu gün Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan təmsilçiləri də finala çıxmaq uğrunda yarışacaqlar. Səsvermə həm tamaşaçılar, həm də münsiflər tərəfindən aparılacaq. Eyni zamanda bu il daha bir yenilik səsvermənin teleqraf əsasında da keçirilməsi olacaq.
Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində 43 ölkə iştirak edir. Müsabiqənin II yarımfinalı mayın 12-də baş tutacaq, final mərhələsi isə mayın 14-də olacaq. Hər yarımfinalda 19 ölkədən 10-u finala vəsiqə qazanacaq və finalda 25 ölkə birincilik uğrunda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB