"Kasıb insan taksidən deyil, ictimai nəqliyyatdan istifadə etməlidir"
Aparıcı Cavid Gül son günlər taksi qiymətlərinin artırılması ilə bağlı məsələdən söz açıb. SİA-nın məlumatına görə, aparıcı bu sözləri deyib: "Taksidən ildə vur-tut 5-6 dəfə istifadə edərəm. Tarix boyu da taksi bahalı həzz kimi yaddaşlarda qalıb.
Kasıb insan bəli, məcbur olmadığı halda taksidən deyil, ictimai nəqliyyatdan, velosipeddən, ya da 11 nömrədən (ayaqlarından) istifadə etməlidir.
Bəs ayağı olmayan? Fiziki əngəlli insanlarımız neyləsin? A nöqtəsindən B nöqtəsinə getmək üçün hansı üsuldan istifadə etsin? Ona görə hamıya sərf etdiyi üçün taksi qiymətləri dəyişilməz olaraq qalsa, daha yaxşı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB