"Alpaslan" ata oldu FOTOLAR

Türkiyənin məşhur serialı "Eşkıya Dünyaya Hükümdar Olmaz"da Alpaslan rolunu canlandıran Yunus Emre Yıldırımer ata olub. SİA-nın məlumatına görə, oğlu dünyaya gələn aktyor ona Doğu adını qoyub.

Sözügedən serialda rol alan Oktay Kaynarca Yunusun övladı ilə fotosunu sosial şəbəkədə paylaşaraq "Xoş gəldin, xoşbəxtlik gətirdin. Ana-atanla gözəl günlər yaşa" sözlərini yazıb.

Qeyd edək ki, aktrisa Melissa Yıldırımerlə evli olan Yunusun ata olacağı xəbərini də Oktay Kaynarca vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə