"Bu günə qədər Marneulidə bir çox Azərbaycan müğənnilərinin konsertləri olub. Amma biz NEXT qrupunun göstərdiyi şouya çox təəccübləndik. İlk dəfədir ki, həm azəri, həm də gürcü qonaqlar konsertn sonuna qədər nəinki zalı tərk etməyib, hətta doyunca əyləniblər. Qrupun rəngarəng repertuarı və dünya standartlarına uyğun xareoqrafyası sözün əsl mənasında qonaqlarımızın ürəyincə olub".
SİA-nın məlumatına görə, bu sözləri NEXT qrupunun may ayının 9-u Gürcüstanda keçirilən konserti zaman Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri deyib. Konserti açıq elan edən AMM-nin rəhbəri Fazil Həsənov konsertə yığılmış gəncləri, ziyalıları, QHT nümayəndələrini salamladıqdan sonra Heydər Əliyev şəxsiyyətinin gənclər üçün nümunə olduğunu bildirərək NEXT qrupunun konsertinin gənclər üçün hədiyyə olduğunu söyləyib.
"Sarvan" folklor rəqs qrupunun açılış çıxışı - "Odlar yurdu " rəqsindən sonra səhnəyə çıxan 4 yaraşıqlı oğlan ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevə həsr olunmuş musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid "Pride" mahnısını ingilis dilində ifa ediblər. Repertuarı xarici, milli və müasir mahnı parçaları ilə zəngin olan qrup gənclər tərəfindən yüksək səviyyədə qarşılanıb. Qeyd etmək yerinə düşərdi ki, "Sarvan" rəqs qrupunun Solisti Emilyanın akrobatik çıxışı ilə müşayiət olunan qrupun ifa etdiyi "Dans et" mahnısı hər kəsi heyrətləndirib. Görünməmiş ajiotajla baş tutan konsertdə NEXT-in məşhur gürcü mahnısı "Çito grito"nu ifa etməsi isə gürcü mediasi tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda Azərbaycanın xalq mahnılarından ibarət Popuri səslənib. Sonra qrup yerli televiziyanın canlı efirində iştirak edərək tamaşaçıların suallarını cavablandırıblar. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və iş adamı Tural Bayrameliyevin təşkilatçılığı ilə baş tutan Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş konsertdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə xanım Paşayeva, Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, Azərbaycanın Gürcüstandakı Səfirlik nümayəndəsi Şövqü Mehdizadə və Adil Əfəndiyev, şəhər rəhbərliyi, QHT rəhbərləri, ziyalılar, Gürcüstanın ali və orta təhsil ocaqlarında təhsil alan gənclər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB