Rafael İsgəndərov: "Öz canlandırdığım qadın obrazlarını həyatda görsəm, qaçaram" VİDEO
Əməkdar artist Rafael İsgəndərov "Fəlidən doğru xəbər" proqramında qonaq olub. SİA-nın məlumatına görə, aktyor aparıcı Elşən Orucovun (Fəlakət) suallarını cavablandırıb: "Konsertdən sonra ən çox pul Müşviqə düşür. Deyə-deyə konsertlərimizi də qurutdular".
R.İsgəndərov həmkarı Coşqun Rəhimovun başına açdığı oyundan danışıb: "Vertu" markalı telefonu var idi, yapışqan lenti götürüb doladım. Sonra sökəndə gördüm bütün üstü soyuldu. Sən demə mağaza ona saxtasın satıbmış. Heç vecimə də olmadı, getsin mağazaya sözün desin".
O özü haqda maraqlı etiraf edib: "Ən çox Coşquna baxanda gülürəm. Bir də "Cinni Mayıl" obrazıma gülürəm. Öz canlandırdığım qadın obrazlarını həyatda görsəm, qaçaram. Coşqunun oynadığı qadın rollarını bəyənirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB