Müğənni Nura Suri verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı oğlu Xosrovdan danışaraq rus xanımla yaşadığını açıqlayıb. Bəzi saytlar ifaçının proqramda "Oğlumun sevdiyi qızı milliyətinə görə qəbul etmirəm" sözlərini yazıblar.
Nura həmin sözləri demədiyini bildirərək əsəbiləşib: "Yenə səhifələr ağızlarına gələni yazıblar.
Bunların hamısını cəm şəkildə məhkəməyə verim? Mən "Oğlumun sevdiyi qızı milliyətinə görə qəbul etmirəm" cümləsini deməmişəm. Mən ümumiyətlə belə cümlələr istifadə etmirəm, insanlara peşəsinə, milliyətinə görə qiymət vermirəm.
Murad Ariflə müsahibəmdə də açıq aydın demişəm ki, milliyətin fərqi yoxdur və heç bir rolu yoxdur. Bunu kimsə bilərəkdən və məqsədyönlü edir".
Qeyd edək ki, sənətçi sözügedən verilişdə bu sözləri dilə gətirib: " Oğlum evlənmiş kimidir, 5 ildir bir evdə yaşayırlar. Hələ də oğlumun həyatından çıxmayıb. Onlar Londonda tanış olub, Los-Ancelesdə yaşayırlar. Sevgi ülvi olmalıdır. Seks xatirinə kiminləsə münasibət qura bilmərəm. Qızı milliyətinə görə yox, oğluma olan münasibətinə görə qəbul edə bilmirəm. Amma oğluma hörmət edirəm, "Təhminə və Zaur"dakı Zaur deyil, ana sözü ilə qərar verib. Qızla danışmıram, amma nəsə olanda onları yönləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB