Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyası çoxmilyonluq auditoriyaya təqdim olunub VİDEO

Azərbaycanın tanınmış dizeyneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə IDFW (International Digital Fashion Week) ABŞ-da birinci rəqəmsal dəb həftəsində təqdim olunub. SİA-nın məlumatına görə, dəb həftəsinin açılışı 75 ölkədən olan təmsilçilərin iştirakı ilə başlayıb.

“International Digital Fashion Week” Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən meydançadır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak ediblər, dünya brendlərinin kolleksiyaları təqdim olunub.

Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunub. IDFW dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanıb.

Xatırladaq ki, Gülnarə Xəlilovanın kolleksiyaları Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə