"Nə yaxşı ki, varsan və həyatımdasan" VİDEO

"Nə yaxşı ki, varsan və həyatımdasan" VİDEO

Aparıcılar Zaur və Günay Baxşəliyevlər üçün özəl gündür. SİA-nın məlumatına görə, Günayın ad günüdür. Onu bu münasibətlə həyat yoldaşı Zaur sosial şəbəkədə təbrik edib. Belə ki, Zaur Günayla videosunu "İnstagram" səhifəsində yayımlayıb və bu sözləri qeyd edib: "Günayım, sənin haqqında çox şeylər yaza bilərəm. Onlar bizə aiddir. Sadəcə, bir bunu deyə bilərəm ki, nə yaxşı varsan. Mən bu sözləri bir insan, dost kimi yazıram, ər kimi yox. Biz hər ikimiz həm də biri-birimizin tamaşaçısı, tənqidçisi, ən əsası müdafiəçisiyik. Nə yaxşı ki, varsan və həyatımdasan. Sənə hər zaman sağlam olmağı arzulayıram. Doğum günün mübarək !"

Bütün xəbərlər Facebook səhifəmizdə