"Kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar"
Xalq artisti Naibə Allahverdiyeva qadına şiddətdən bəhs edib. SİA-nın məlumatına görə, aktrisa bu sözləri deyib: "Son zamanlar cəmiyyətimizdə qadın qətilləri artıb. Bu, dəhşətdir. Buna "dur" deyən tapılacaqmı?".
Xalq artisti bildirib ki, psixologiyasına hakim ola bilməyən, tufeyli həyat yaşayan kişiciklər öz uğursuzluqlarının qisasını qadınlardan alırlar: "Cəmiyyətin mental düşüncələrinə arxalanaraq özlərini müdafiə etmək üçün qadınlarına ləkə yaxıb namussuz damğası vururlar. Bu, artıq get-gedə adi hal almağa başlayıb. Acınacaqlı və çox qorxuludur. Əgər bunun qarşısı alınmasa, artıq heç bir qadın bundan sığortalana bilməyəcək. Əgər qadın və kişi həqiqətən xəyanət edibsə, cinayyət məsuliyyətinə cəlb olunsun. Qadın hüquqlarını müdafiə edən qurumlar ayılmalı və müvafiq tədbirlər görməlidirlər. Qadın qatillərinə son deyilməlidir, cəzalar sərtləşdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB