Bu gün "Vicdan haqqı" serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayılın övladı dünyaya gəlib.
Bu barədə aktrisa "İnstagram" hesabında paylaşım edib.
"Xoş gəldin həyatımıza. Qədəmlərin mübarək, gözəl oğlum. Dünyanın ən gözəl qoxusunu içimə çəkən kimi hiss etdiyim bütün ağrılar, 9 ay boyunca keçirdiyim bütün çətinliklər mənə yüngül gəldi. O qədər şeyə səbr etdim, dişimi sıxdım. Sırf sənin üçün. Sən hər şeyə dəyirsən, mənim qəhrəmanım",-deyə Ülviyyə Xəlilbəyli qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB