"Xalq ulduzu" layihəsindən tanınan İlahə İbadova tez bir zamanda populyarlaşdı. SİA-nın Milli .AZ xəbər portalına istinadən verdiyi xəbərə görə, baxmayaraq ki, müsabiqədə onunla yanaşı, bir çoxları iştirak edirdi, şou-biznesin nəbzini tutdu desək, yəqin ki, səhv etmərik. Müsabiqədən sonra onun şəxsi həyatında da, yaradıcılığında da ciddi dəyişikliklər oldu. İlahə istəsə də, istəməsə də bir çox hallarda qalmaqalların mərkəzində durmağı da bacardı. Kimisi ondan danışdı, kimisi də paxıllıq etdi. Özünün dediyinə görə isə paxıllara acıyır. Rəqabət aparanlarla isə döyüşə hazırdır. İlahə İbadova Milli.Az xəbər portalının budəfəki qonağı oldu. Elə müsahibə boyu şou-biznesdə baş verənlərdən danışdıq. Müğənni onun haqqında söz-söhbət edənlərə mesaj göndərməyi də unutmadı.
"Ailəmi dağıtmaq üçün qurmamışdım. Ancaq alınmadı..."
- İlahə, digər müsabiqə iştirakçılarından fərqləndin, tez tanındın. Səncə, bunun arxasında nə durur?
- Mən sənətə bəzilərindən fərqli olaraq, təsadüfən gəlməmişəm. Bu sənəti çox sevirəm. Səsimə və istedadıma da əminəm. Elə ona görə də ilk vaxtlardan yəqin ki, fərqləndim. Əsas odur ki, məni sevənlər var və bugünkü sənət aləmində çox az sənətçilər var ki, ona tələbat duyulur. Demirəm ki, böyük sənətkaram. Ancaq səsimi sevirlər. Dinləyirlərsə, bu mənə yetir. Bir fərqli cəhətim də bəlkə ondan ibarətdir ki, olduğum kimiyəm. Yəni həyatda necəyəmsə, səhnədə, kamera qarşısında da eləyəm. Bəziləri kimi maska taxmıram.
- Bəlkə bir az şəxsi həyatından danışaq. Müsabiqədən sonra ailə qurdun, ancaq bu nikah uzun sürmədi. Nəyi bölüşə bilmədiniz?
- Gəlin, elə son sualdan başlayım. Mən bölüşə bilmədim yox, uğurlarımı bölüşə bilmədilər. Əslində bu barədə müəyyən açıqlamalar vermişəm. Mənə elə gəlir ki, heç kim ailəsinin dağılmasını arzulamaz. Mən də ailəmi dağıtmaq üçün qurmamışdım. Ancaq alınmadı.
- Dediyinə görə, sevib ailə qurmuşdun. Bu sevgi nə tez söndü?
- Hə, həqiqətən, sevərək ailə qurmuşdum. Ancaq bu sevgini mən söndürmədim. Qarşı tərəf söndürdü. İndi artıq nəsə demək istəmirəm. Düşünürdüm ki, seçimimdə düzgün addım atıram. Hesab edirdim ki, o da sənət adamıdır, məni daha yaxşı başa düşər. Bir-birimizə dəstək olarıq. Sənət adamlarının şəxsi həyatları heç də asan deyil. Bunu çox sənətçilərin dilindən eşitmişdim. Ona görə də mənə elə gəlirdi ki, o məni başa düşəcək. Çünki o da müğənni idi. Bizim ailəmizdə sənət rəqabəti başladı. Daha doğrusu, paxıllıq ailəmizi dağıtdı. Kiminin ailəsi qısqanclıq üzündən dağılır, bizim ailədə isə yenə də deyirəm, əməlli-başlı rəqabət gedirdi.
Müsabiqədən sonra mənim yaradıcılığımda uğurlar ardıcıl təkrarlandı. O da bunu həzm edə bilmirdi. Məni hansısa verilişlərə çağırırdılar, toylarda, el şənliklərində iştirak edirdim. Elə hər şey də bundan başladı. Deyirdi ki, "məni niyə çağırmırlar, mən də o verilişdə iştirak etmək istəyirəm". Hər şey göz qabağında idi.
Həqiqətən, qısa zamanda çox tanındım. Bir çox yeni layihələrə imza atdım. Sağ olsun, telekanallar da verilişlərə tez-tez dəvət edirlər. O, bunları görəndən sonra tamamilə dəyişdi. Sanki başqa bir insan oldu. Bir müddət səbr etdim, fikirləşdim ki, düzələcək. Ancaq hər gün daha da münasibətlər kəskinləşdi. Hətta onun valideynləri belə mənim üzümə dedilər ki, niyə sən qabağa gedirsən, mənim oğlum getməməlidir?
Yəni ailədə olan sənət rəqabəti o qədər böyüdü ki, çirkin şəkil aldı. Mən də artıq bu iyrənc həyatı yaşamaq istəmədim. Bəlkə də deyəndə çox asan səslənir, ancaq bir insanın ki həyat yoldaşı ona paxıllıq edə, uğurlarına sevinmək əvəzinə, işlərinə pəl vurmağa çalışa, bundan sonra bir yerdə yaşamağa dəyərdimi?
"Hər gün evdə müharibə gedirsə, bunun kimə nə faydası var?"
- Axı bir qız övladınız var. Onun atasız qalması çətin deyil?
- Təbii ki, mən də istərdim qızım hər iki valideyni ilə birgə böyüsün. Ancaq hər gün evdə müharibə gedirsə, bunun kimə nə faydası var? İstəmədim ki, qızım bu mənzərələrin şahidi olsun.
- İndi qızının atası onunla görüşürmü? Ümumiyyətlə, qızına maddi baxımdan kömək edirmi?
- (doluxsundu) Yox, qızım atası ilə görüşmür. Maddi baxımdan bizə heç bir köməyi yoxdur. Yəni qızıma özüm baxıram, öz zəhmətimlə onu böyüdürəm. Qızım mənim həyatımdır. Onun üçün nə lazımdırsa, edəcəyəm. Guya ki əvvəllər kömək edirdi?!
- Yəni demək istəyirsən ki, bir yerdə yaşayanda da ailəni sən dolandırırdın?
- Bunu dilə gətirmək bəlkə də mənə yaraşmaz. Ancaq həqiqət budur. Hə, ailə qurandan sonra demək olar ki, ailəni mən dolandırmışam. Ailəmizin bütün maddi ehtiyaclarını mən ödəyirdim. Düzdür, əvvəllər bir-iki dəfə məclislərə getdi. Üstümüzdə Allah var, yalan danışa bilmərəm. Ancaq elə gördüyüm o olub. Mən anama da, yaxınlarıma da bu barədə heç nə demirdim. Fikirləşirdim ki, ötüb-keçən çətinlikdir. Qaldı bugünkü köməyə, bu gün qızıma heç bir maddi kömək göstərmir. Aliment də almıram. Bundan artıq nə danışım...
- Bir qadın üçün tək olmaq çətin deyil?
- Təbii ki, çətindir. Qadın elə bir məxluqdur ki, həmişə diqqət, qayğıya ehtiyacı var. Mən də qadınam. Tək olmaq istəməzdim. Ancaq yazan bunu yazıbsa, taleyi poza bilmərəm. Allahıma şükür edirəm. Yəqin ki, belə məsləhət imiş. Mənə elə gəlir ki, hər bir qadın yanında olan kişiyə arxalanmaq istəyər. Necə deyim, yəni çiynini onun çiyninə yaxınlaşdıranda arxasında dağın olduğunu hiss etmək çox yaxşıdır. Ancaq hər kişi də bu gün qadın üçün arxa, dayaq deyil.
"Sən axı o ananın qarnından çıxmısan. Ondan nə cür utana bilərsən?"
- Bəs təzədən ailə qurmaq istəmirsən?
- Elə bil xasiyyətimdə dəyişiklik başlayıb. El dilində deyirlər e, kişiləşmişəm. Hazırda özümü qadın hiss etmirəm. Bəlkə də ona görə yenidən ailə qurmaq haqqında da düşünmürəm. Bir də ki insanlara, kişilərə olan inamım itib. Ola bilər zamana ehtiyacım var. Ancaq hazırda yenidən ailə qurmaq, özümü qadın kimi hiss etmək barədə düşünmək belə istəmirəm. Fikrimi-zikrimi yaradıcılığıma vermişəm. Həyatımı qızım üçün yaşayıram. Bir az böyük səslənməsin, türklər demiş, "böyük loxma ye, böyük danışma". Ola bilər ki, bu gün deyəm ki, yox, ailə qurmaq istəmirəm, sabah qarşıma elə bir insan çıxsın ki, yenidən ailə qurum. Əgər yenidən ailə quracamsa, bu dəfə daha çox düşünüb, götür-qoy edəcəyəm. İkinci dəfə yanılmaq istəmərəm.
- Sənə sənət aləmində paxıllıq edənlər də deyəsən, çoxdur...
- Nə bilim, var da... Açıq şəkildə deməsələr də, hərdən hiss edirəm. Ancaq mənim üçün bunun o qədər də önəmi yoxdur. Onsuz da sənətdə olan hər bir insan digəri ilə rəqabətdədir. Sadəcə, bu rəqabət paxıllıqdan o tərəfə keçməyəndə yaxşı olur.
- Sanki bu mövzudan qaçırsan? Eşitdiyimizə görə, Şəhla Həmidova ilə münasibətlərinizdə soyuqluq var...
- Mənim ona qarşı heç bir iddiam yoxdur. Çünki yenə də deyirəm, ətrafdakı insanlar mənim üçün o qədər də maraqlı deyil. Xüsusilə də qeybət edən, arxamca danışanlar varsa, onlara fikir verməməyə çalışıram. Qaldı konkret Şəhlaya, bəzi sözlər qulağıma çatmışdı. Ancaq mən yenə də münasibətimdə heç bir soyuqluğa yol verməmişəm. Nə bilim, Şəhla barədə mənə çox sözlər deyiblər. Əgər o sözlərin arxasınca getsəm, gərək müharibə başlayaydı. Ola bilər bəziləri üçün qalmaqal lazımdır, ancaq mən qalmaqallı sənətçi olaraq tanınmaq istəmirəm.
"Toydan gətirdiyim pulu anama verirəm"
- Toyların necə, var? Yəni bu gün toy bazarında toy tuta bilirsən?
- Şükür Allaha. Yalandan nə deyim, pis deyil. Deyim ki, hər şey mənim üçün maddiyyata bağlıdır, hər təklifi dəyərləndirirəm, yox. Şərt o deyil ki, o toyda mənə çox pul verəcəklər. Elə toy ola bilər ki, pulsuz oxuyaram, bir qəpik almadan. Əsas odur ki, ailəmi dolandırıram. Kimsəyə ehtiyacım yoxdur.
- Deyirlər ki, borc verməkdə tayın-bərabərin yoxdur...
- Hə, hardan eşitmisiniz?! Həqiqətən elədir. Ən pisi isə odur ki, yox deyə bilmirəm. Əgər pulum varsa, verəcəm. İnanın, əgər borclarımı yığsaydım, indi əməlli-başlı böyük vəsaitim var idi. Lap bahalı maşın da alardım. Bir də ki bizim müğənnilərdə kreditlə maşın almaq dəbdədir axı. Gücü yetdi, yetmədi, bahalı maşın alır ki, özünü göstərsin. Mən bunu sevmirəm. Kreditlə bahalı maşın almağa nə var ki?
- Dedin pulsuz da toylara gedirsən. Belə təklif gələndə o insanın kimliyi, vəzifəsi nəzərə alınır?
- Yox, qətiyyən. O elə bir insan ola bilər ki, sadədir, kasıbdır, ancaq mənim üçün önəmlidir. Bizdə belədir də... İndi hamı vəzifəyə görə bir-birinə hörmət edir. Hətta tanışlıqla məqalə yazdıranlar da var. Mənə belə şeylər çatmır. Göylə gedən insanları sevmirəm. Gora gedəndə hər birimiz iki metr kəfən aparacağıq. Orada heç kimə vəzifəsinə görə yer vermirlər. Hərənin ruzisini Allah verir. Kimisi istedadını üzə çıxara bilir, kimisi yox.
- Müsabiqə zamanı bir dəfə evini də göstərmişdilər. Çox kasıbyana bir evin var idi, ananla birgə yaşayırdın. İndi o çətinliklər arxada qalıb, ya yenə də problemlərin var?
- Mənim həyatımda çətin günlərim çox olub. Baxmayaraq ki, ailəmiz əvvəllər imkanlı olub. Atam vəzifəli insan olduğundan həmişə imkanımız əla olub. Sonra elə oldu ki, atamı itirdik, çətinliklərimiz başladı. Qaldı efirdən evimin kasıb görüntülərini göstərmələrinə, mən bununla həmişə fəxr etmişəm. Sənətdə elə insanlar var ki, onları görəndə nifrət edirəm. Çünki analarını-atalarını kamera qarşısına çıxarmağa utanırlar. Sən axı o ananın qarnından çıxmısan. Ondan nə cür utana bilərsən? Ya da kamera xatirinə bir günlük ana-atalarını bəzəyib-düzəyib efir çıxaranları da tanıyıram.
- Kimlərdir onlar?
- Hər halda onların adını çəkmək istəməzdim. Camaat yaxşı bilir, kimin əvvəli necə olub. Qaldı əgər anan-atan kasıbdırsa, bundan utanmaq lazım deyil. Əgər mənim qızım da gələcəkdə belə bir iş tutsa, inanın ki, südümü ona halal etmərəm. Övlad valideynlərindən necə utanar? Qaldı indiki evimə, şükür Allaha, düzəltmişəm, yaxşı evim var. Anam indi də mənə qıymır ki, deyir uşağın var, onun sabahını düşün. Sözün düzü, evin bazarlığını mən etmirəm. Hərdən olur ki, həvəsim gələndə bazarlığa özüm gedirəm. Toydan gətirdiyim pulu da anama verirəm. Mənə də lazım olanda anamdan borc alıram, deyirəm ki, mənə borc ver. Yenə də deyirəm, xərclədiyim pulları yığsaydım, ən son model 300 minlik maşında oturardım, üç-dörd mərtəbəli villam olardı.
- Xanım müğənnilərin sponsorları barədə çox danışırlar...
- Bizim müğənnilər sponsoru sevgili ilə səhv salıblar. Sponsor sözünü o qədər çirkinləşdirdilər ki, indi o sözü dilə gətirməyi də adam özünə eyib bilir. Sponsor müğənninin hər hansı bir layihəsinə vəsait qoyur, o layihə həyata keçdikdən sonra da gəlirini ikiqat götürür. Heç prodüser sözünün mənasını da bilmirlər. İndi bizimkilər öyrəniblər də, kiminləsə şəxsi münasibət qururlar, o da həmin müğənniyə pul xərcləyir, deyirlər ki, sponsor. Deyin ki, yaşadığım, sevdiyim insandır, sevgilimdir. Sponsor təklif verir, sən də dəyərləndirirsən, qane edir, işləyirsən.
- Belə təklif gəlib sənə?
- Sözün düzünü deyim, belə təkliflərin üstünə çox düşməmişəm. Konsert təşkil etmək istəyirdim. Hələ ki həyata keçirə bilməmişəm. Müəyyən problemlərim olub.
- Yeni albom üzərində işləyirsən, deyəsən...
- Albomum demək olar ki, hazırdır. Qızıma görə bir az ləngidi. İnanın ki, vaxtımın çoxunu onunla keçirirəm. Hərdən olur ki, özümlə də aparıram. Dalımca ağlayır. Mənə hərdən ana deyir, hərdən də İka. Yeni mahnılarım var.
- Aranjeman böyük xərc götürür. Mahnılarını kimə aranjeman etdirirsən?
- Konkret bir nəfərlə işləməyi sevmirəm. Elə bil ki, mahnılar da onda standart olur. Ona görə də fərqli aranjemançılara müraciət edirəm ki, mahnılarım bir-birinə bənzəməsin.
- Deyirlər, rənglər xarakterdən xəbər verir. İlahənin ruhuna hansı rənglər yaxındır?
- Hə, ağ-qara rəngləri çox sevirəm, bir də tünd çəhrayı rəngi sevirəm. Yəni çəhrayı çalarları sevirəm. Bəlkə də qara, ağ rəng xarakterimə yaxındır, ciddi olduğum üçün bu rənglərə üstünlük verirəm desəm, səhv etmərəm. Qarderobumu açsanız, əksər paltarlar qara rəngdədir. Anam da hərdən iradını bildirir.
- Ulduzların brend xəstəliyi də var axı. Həmişə brend geyinirsən ki?
- Deyim ki, pulumun çoxu geyimə gedir, inanmazsız. Brend geyimlərim də çoxdur. Bəzi müğənnilər deyir e, "mən ancaq brend geyinirəm" - yalandır. Mənim də geyimlərim arasında brendlər çoxdur. Ancaq mağazada elə bir geyim xoşuma gələ bilər ki, ucuz qiymətə satılır, alaram. Təbii ki, zövqümə uyğundursa. Bəziləri adi geyim geyinir, efirdə deyir ki, mən brend geyinirəm. Əsas odur ki, geyim adama yaraşsın. Özünü öymək kimə lazımdır? Yaraşmayan paltarı geyinib onu brend kimi təqdim etmək gülməli görünür.
- Mətbəxlə aran necədir?
- Belə də. Yemək bişirməyə o qədər də vaxtım olmur. Ancaq plov yeməyi çox sevirəm. Bir də ki desəm, gülərsiniz. Pamidor-yumurta çığırtması və pamidor-badımcan dolmasını çox sevirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB