Gülay Kamillə boşandığını təsdiqlədi: "Alnımıza yazılan qismətdir" VİDEO

Gülay Kamillə boşandığını təsdiqlədi: "Alnımıza yazılan qismətdir"  VİDEO

Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə boşanma xəbərlərindən bəhs edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb. Proqramında sənətçiyə mediada haqqında yazılanlar soruşulub. Gülay da ayrıldıqlarını üstüörtülü şəkildə təsdiqləyib: "Özümü şou-biznesdə yox, incəsənətdə görürəm. Birini hər kəs sevə bilməz. Hər kəs reytinq istəyir. Bu, jurnalistlərin işidir. Hər şeyin həddi var. Haqqımda yazılmalıdır, tanınmışam. Nəyisə yazanda, düşünülməlidir ki, tək deyil, ailəsi var. Yaşadıqlarımız istəyib-istəmədiklərimizdən deyil, alnımıza yazılan qismətdir.

Gedirəm ayağım büdrəyir. Deyirəm ki, şükür, yaşamalıyam. Yazılanda pis oluram, günlərlə "İnstagram"a girmirəm. Özümə görə yox, artıq bərkimişəm. Amma elə şeylər yazılır ki, ailəm pis olur".

Bütün xəbərlər Facebook səhifəmizdə