“Dostumsan, yoxsa sevgilim?” klipində qara masadan və baş qəhrəmanlardan başqa heç nə görünmür

“Dostumsan, yoxsa sevgilim?” klipində qara masadan və baş qəhrəmanlardan başqa heç nə görünmür
Müğənni Röya Ayxan yeni "Dostumsan, yoxsa sevgilim?" adlı klipini ilk olaraq internetdəki "YouTube" videohostinq servisi vasitəsilə təqdim edib. SİA-nın xəbərinə görə, musiqisi Haci Nazimə, sozləri isə Altay Yaşara məxsus olan mahnının rejissoru Nail Nəbioğludur. Klipdə rejissor qaranlıq məkana üstünlük verib. Röya tərəf müqabili ilə bir masada əyləşib. Müğənni klipdəki qəhrəmanından cavab almaq istəyir: "Dostumsan, yoxsa sevgilim?". Klipdə qara masadan və baş qəhrəmanlardan başqa heç nə görünmür. Müğənni hər zaman olduğu kimi, çəkiliş zamanı emosiyalara qapanaraq, obraza girməyi bacarıb.
Qeyd edək ki, klipin operatoru Elmir Suleymanov, montajı İlham Yaşaroglu, prodüseri Pərviz Oqtayoglu, stilisti isə Anar Ağakişiyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə