Koronavirusa yoluxan və atasını da virusa görə itirən rəqqasə Rəna Ağamuradova (Renka) özü haqda bəzi məsələləri etiraf edib. SİA-nın məlumatına görə, rəqqasə bu sözləri əlavə edib: "Covid19-a mən də inanmırdım. Amma başıma nələr gəldi. İnsanlar, inanın, qorunun. Kaş ac, işsiz-gücsüz, problemlər içində evdə oturardım, amma bunu yaşamazdım. Biz çəkdiyimizi heç kimə arzulamıram.
Çox şeylər eşitdim, oxudum. Dedilər ki, reklam üçün yalandan edir, əcəb olub. Sizin görəsən, ürəyiniz var? O sözləri deyənlər, görəsən, insandırlar? Sizlərə insan da deyə bilmirəm.
Qorunun, özünüzü pis hiss edən kimi həkimə gedin. Həkimlər çox əziyyət çəkir, 8 saat o paltarda qalırlar. Üst-üstə iki maska taxırlar, 4 aydır evlərinə getmirlər. Susuz, yeməksiz oradadırlar. Həkimlər, əziyyətinizi halal edin. Avqustun 5-dən evdəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB