Yerli şou-biznesdə “dağlılar qruplaşması” fəallaşır

Yerli şou-biznesdə “dağlılar qruplaşması” fəallaşır
İllərdən bəri "Dağlılar qrupu"nun rəhbəri kimi tanınan xalq artisti Zeynəb Xanlarovanın sən demə bu gün layiqli davamçıları var. SİA-nın məlumatına görə, düzdür yeni yaranan qruplaşma üzvləri bunu etiraf etməsələr də, tədbirlərin birində onların bir yerdə cəm olmaları diqqətimizdən yayınmadı. Bəstəkar-şairə Xanım İsmayılqızı, müğənnilər – Rəşad İlyasov, Elza Seyidcahan və Nadir Qafarzadədən ibarət olan birləşmə üzvləri çox ciddi söhbət aparırdı. Onlara yaxınlaşdığımızı görən Rəşad İlyasov məsələyə başqa don geyindirməyə çalışdı: "Biz sadəcə söhbət edirdik. Ümumi götürəndə isə bu birliyimizi sırf dostluq kimi qələmə vermək daha düzgün olardı. Eyb etməz, qoy bizi qruplaşma adlandırsınlar, təki ortalığa yeni mahnılar ərsəyə gətirməkdə çətinlik çəkməyək".

Əldə etdiyimiz ən son xəbərə görə "dağlılar qruplaşması"nın birinci vəzifəsi, müğənni Nadir Qafarzadəyə qoyulmuş sərt qadağanın aradan qaldırılması üçün çalışmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə