Türk serialının həvəskarı olan məşhur kamança ustası

Türk serialının həvəskarı olan məşhur kamança ustası
Türk seriallarının teleməkanda kök salması bir çox sənətçiləri hiddətləndirsə də onun əksinə düşünənlər də var. Götürək elə əməkdar artist, "Xalq Ulduzu" müsabiqəsində münsiflər heyətində əyləşən kaman ustası Ağacəbrayıl Abbasəliyevi. Bizimlə söhbətində sənətkar bu həvəsindən olduqca məmnuniyyətlə danışdı: "Etiraf edirəm ki, heç vaxt serial düşkünü olmamışam. Amma "Kaybolan yıllar" serialı, həyatımın bir hissəsinə çevrilib. İşimin az və ya çox olmasından asılı olmayaraq bu filmin hər bölümünü DVD vasitəsi ilə izləyirəm. Ülvi məhəbbətdən bəhs edən seriala hamının baxmasını tövsiyyə edərdim".

"Bəs yerli seriallarımızın çəkilməməsinə münasibətiniz necədir", sualını, sənətkar belə cavablandırdı: "Hər şeyin öz vaxtı var. Əminəm ki, bizdə də serialların çəkilməsi üçün mesenatlar tapılacaq və yazıçılarımızın əsərləri nəzərdən kənarda qalmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə