"Xəzər TV"nin daha bir əməkdaşı işdən ayrılıb. SİA-nın məlumatına görə, bu dəfə aparıcı Aqşin Kamal telekanaldakı fəaliyyətinə son qoyduğunu açıqlayıb. O bildirib ki, 2012-ci ildən çalışdığı kanaldan öz istəyi ilə ayrılır: "Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda, özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta "Xəzər TV"də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm.
Hələ tələbəlik illərindən başlayan 19 illik jurnalistika fəaliyyətim dövründə müxtəlif televiziyalarda müxbir, aparıcı, redaktor, şöbə müdiri, tv sözçüsü kimi vəzifələrdə çalışmışam. Bu illər ərzində məni öyrədən və dəstək olan hər kəsdən Allah razı olsun. Haqqınızı halal edin. İnşallah, yaxın günlərdə tamam fərqli və yeni bir sahədə işləməyə başlayacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB