Məşhur türkiyəli aktyor Haldun Boysan vəfat edib. SİA-nın türk məbuatına istinadən verdiyi xəbərə görə, sənətçi serial çəkilişləri üçün getdiyi Nevşehirin Ürgüp kəndində infarkt keçirib.
Qaldığı oteldə halı pisləşən sənətçi üçün təcili yardım çağrılıb. Dərhal xəstəxanaya aparılan Boysanı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Boysan "Kara Melek", "Gemide", "Çılgın Bediş", "Kurtlar Vadisi" kimi bir çox serial və filmdə rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB