"Belim qırıldı, hər səhər ağlayıram" FOTOLAR

"Belim qırıldı, hər səhər ağlayıram" FOTOLAR

Rəqqasə Rəna Ağamuradova (Renka) koronavirus infeksiyasına yoluxan və bir ay əvvəl dünyasını dəyişən atası haqqında kövrəldici sözlər deyib. SİA-nın məlumatına görə, rəqqasə bu sözləri əlavə edib: "Düz bir aydır yanımızda yoxsan. Quş kimi göyə uçdun. Sənsiz hər səhər durub ağlayırıq. Bir aydır sənin yoxluğuna inanmırıq. Sən bizə həm ata, həm dost, həm də qardaş oldun. Ata, belim qırıldı. Sənsiz qaldım... Ürəyimiz sənsiz yanır axı... Bilmirəm necə ayağa durum. Yuxudayam, heç kim sənin getməyinə inanmır. Nur üzlü atam, Allah sənə rəhmət eləsin.

Hamı deyir səbr elə, edə bilmirəm. Başıma hava gəlir, öz-özümə dəli kimi danışıram. Ata, səndən doymadım. 2020-ci il 29 iyul - kaş o gün oyanmazdım, o xəbəri eşitməzdim. Kaş pis ata olardın, belə yanmazdım".

Bütün xəbərlər Facebook səhifəmizdə