"Kurtlar Vadisi Pusu"da Mematinin ortağı Buludu canlandıran daha sonra isə "Kızım Nerede" serialında ata rolunu oynayan aktyor Hüseyn Avni Danyal açıqlama verib. SİA-nın xəbərinə görə, "məşhur olmaq üçün deyil, aktyorluq edə bilmək üçün bu peşəni seçdim. Açığı, bu qədər məşhur olmağı istəməzdim. İstədiyim yerdə yemək yeyə bilmirəm. Türk kinosunda son illərdə yaxşı filmlər qədər, pis filmlər də var. Mən hər filimdə oynamıram. Çünki mən oynadığım hər filimdə özümü tapmalıyam",-deyə aktyor əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB