Azərbaycanlı prodüserin ölüm xəbəri yalan çıxdı FOTO

Azərbaycanlı prodüserin ölüm xəbəri yalan çıxdı  FOTO

Sosial şəbəkədə və bəzi xəbər saytlarında azərbaycanlı prodüser Pərviz Fəqanın dünyasının dəyişməsi ilə bağlı xəbərlər dərc olunub. Məlumatda qeyd olunub ki, onun günorta saatlarında qəfil halı pisləşib və vəfat edib.

SİA-nın məlumatına görə, məsələ ilə əlaqədar olaraq Pərviz prodüserliyini etdiyi müğənni Nazənin açıqlama yayıb. O, xəbərin yanlış olduğunu bildirib: "Pərviz Fəqanın ölüm xəbəri yalandır. Allah heç bir cavana qıymasın. Pərviz üçün narahat olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Pərviz Fəqan müğənni Nazəninin prodüseri kimi fəalliyyət göstərirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə