Bu ilin martında İctimai Televiziyanın Musiqi departamentinin rəhbəri vəzifəsindən istefa edən Leyla Quliyeva yeni işə başlayıb. SİA-nın məlumatına görə, Leyla bundan sonra “Xəzər” TV-də fəaliyyət göstərəcək. Aparıcının hansı vəzifəni icra edəcəyi isə açıqlanmayıb.
Qeyd edək ki, L.Quliyeva 15 ilə yaxındır İTV-də çalışırdı. O, 2018-ci ildə televiziya sahəsindəki səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin sərəncamına əsasən “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB