Zümrüd atası ilə bağlı etiraf etdi: "Hər zaman arzulamışam ki, məni sevdiyini desin" FOTOLAR
Aktrisa Zümrüd Qasımova illər öncəyə geri dönüb. SİA-nın məlumatına görə, aparıcı atası ilə olan arxiv fotolarını "İnstagram" səhifəsində izləyiciləri ilə bölüşüb. Zümrüd paylaşımında atasından bəhs edərkən yaşadığı çətin uşaqlıq günlərindən yazıb: "Atamın çox ağır xasiyyəti var idi. Atam evdə olanda ucadan danışmaq, gülmək olmazdı. Atam evdə mənimlə danışmazdı. Ancaq çay istəyəndə çağırardı, ya da stəkanı nəlbəkiyə vurardı, bilirdim ki, çay istəyir. Hər zaman atamla danışmaq, gülmək, dərdləşmək istəyirdim. Bu, ancaq arzular idi.
Mənim hər zaman "sevgiyə" ehtiyacım olub, lap uşaqlıqdan, özümü tanıyandan... Bəzən valideynlər fikirləşir ki, uşaqları yemək-içməklə təmin etməklə iş bitir. Amma hər şeydən öncə övladınıza sevginizi göstərin. Sevin, qucaqlayın, öpün. Qoy, sizin övladınız sevgisizliyi dadmasın. Sevgi ilə böyüyən uşaqlar az səhv edər, qəlbləri təmiz, rəhmli olarlar. Sevgi axtara-axtara səhv addımlar atmazlar. Hər zaman arzulamışam ki, atam məni sevdiyini desin və göstərsin. Bunu etmək üçün vaxtı çatmadı. Qızlarınıza sevginizi daha çox göstərin. Həyat onsuz da onlar üçün çətindir".

.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB