Kanadalı rok müğənni 51 yaşında ilk dəfə ata oldu

Kanadalı rok müğənni 51 yaşında ilk dəfə ata oldu
Kanadanın rok müğənnisi Bryan Adams 51 yaşında ilk dəfə ata oldu. SİA-nın xəbərinə görə, "People" jurnalının internet saytında yer alan xəbərdə Adamsın assistentliyini edən Alisia Grimaldinin məşhur müğənnidən Mirabella Bunny adında bir qız uşağı dünyaya gətirdiyi qeyd edilib. Grimaldinin uzun müddətdir ki, Adamsın xeyirli işlərini də icra etdiyi bildirilib. Körpə ilə ananın sağlamlıqlarının yerində olduğu ifadə edilib.

"Summer of 69", "Cuts Like a Knife" və "Everything I Do (I Do It For You)" kimi rok mahnılarıyla məşhur olan Bryan Adams tərəfindən hələ bir şərh edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə