"Sea Breeze" restoranının sahibi, Xalq artisti Emin Ağalarov pandemiya ilə əlaqədar hazırkı şəraitdə restoranında toyların keçirilməsinin mümkünsüz olduğunu bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri dilə gətirib: “Mətbuatda belə bir məlumat yayılıb ki, bizim məkanda toy mərasimi keçirilib. Karantin şərtlərini nəzərə alaraq restoranın terrasında cəmi 6 nəfər yerləşə bilər. Həmçinin karantinə görə, yalnız çimərlik işləyir və hovuzlarımız açıq deyil. "Sea Breeze” restoranında toy mərasimi keçirilməyib".
Qeyd edək ki, sabiq millət vəkili Hadı Rəcəblinin ötən gün nəvəsinə təmtəraqlı toy mərasimi keçirdiyi haqda məlumat yayılıb. Bildirilib ki, "Sea Breeze” restoranında keçirilən mərasimdə 150 qonaq iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB