Şairə Nazilə Səfərli illər öncəyə geri dönüb. SİA-nın məlumatına görə, o, uşaqlıq şəklini sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: "Yaşım çoxalır, görkəmim dəyişir, əziyyətim getdikcə artır, təfəkkürüm təkminləşir. Amma ruhuma ömürlük möhürlənmiş kiçik, günahsız, qayğıya möhtac Nazilə heç dəyişmədi. O, Nazilədən bu Naziləyə gələn yolun əzabını yalnız yollarda ayaqları qabar tutmuş Nazilə Səfərli bilər...
7 yaşlı Naziləm, saçına sığal çəkdim, üzünə bəzək vurdum, geyimlərin ən gözəlini aldım. Amma gözündəki kədəri gizlədə bilmədim. Bağışla ki, səni yarımçıq arzuların yükü ilə böyütdüm..."

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB