Nura Suri qonşusunu polislik etdi

Müğənni Nura Suri qonşusunu polisə şikayət edib. SİA-nın məlumatına görə, bu haqda sənətçi özü deyib: "Gecə saat 12-nin yarısı yuxarı mərtəbə evini təmir edir. Mədəniyyət yox, qonşuya hörmət yox. Binanın mühafizəçisinə dedim, xeyri olmadı. Ev yiyəsi deyib ki, bizim usta indi vaxt edib gəlib, dözün. Komendanta dedim, dedi ki, biz heç nə edə bilmərik. Məcbur olub 102-yə zəng etdim. Sağ olsunlar, anında reaksiya verdilər. İndi mən pis qonşu olacam, onlar yox".

Bütün xəbərlər Facebook səhifəmizdə