Aparıcı Xoşqədəm Hidayətqızının müğənni əri Doğuş iki oğlu ilə birlikdə Bodrumda tətilə yollanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yazıda qeyd edilib ki, Xoşqədəm Hidayətqızının televiziya proqramı davam etdiyi üçün uşaqlara baxmaq vəzifəsi həyat yoldaşı Doğuşa qalıb.
Oğulları Arin Aras və Arda Aslan ilə tətilə yollanan Doğuş övladları ilə birlikdə dənizdən zövq alıb.
Suda oynayan uşaqlara nəzarət edən Doğuş onları tək buraxa bilməyib. Köynəyini çıxarmadan dənizə girən müğənni övladları ilə oynayıb və üzmələrinə kömək edib.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB