Aynişanla Kənan barışdı: "İcazə verin, həyatımıza davam edək" FOTO
Ayrıldıqları iddia edilən müğənni Aynişan Quliyeva və Kənan Əliyev cütlüyü barışıb. SİA-nın məlumatına görə, onlar sosial media hesabında bir-birlərini izləməyə alıblar.
Kənan isə son paylaşımında məsələyə aydınlıq gətirib: "Günlərdir bu barədə yazılır, danışılır. Amma biz heç birimiz hadisənin bu qədər böyüdülüb, danışılacağını istəməzdik. Ən azı buna səbəb olacaq xüsusi nəsə etməmişik. Əlbəttə ki, hər ailədə söz-söhbət, xırda inciklik olur.
Daha sonra belə hallar cütlüklərin birliklərinin içdən bilməsinə təsir edir. Hər şeydə bir xeyir var misalı kimi...
Bu məsələni bəzi insanlar bu qədər böyüdüb və daha sonra o da bizi ittiham etməyə başladılar. Biz də gəncik, insanıq, çılğınlığımız var. Bu günə qədər "İnstagram" və "Whatsapp"dan bir-birini silən olmayıb? Bir-birimizə ictimai hörmətsizlikmi etdik? Ünvanlarımıza xoşagəlməz sözlərmi işlətdik? Bu ssenarini biz yox, siz yazdız. İcazə verin dağılmamış həyatımıza qaldığımız yerdən davam edək. "İnstagram"dan və telefon yaddaşından çıxarmaq ürəkdən silmək deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB