Fəxriyyə Xələfovanın “Caspian Rose” adlı moda nümayişi keçiriləcək

Fəxriyyə Xələfovanın “Caspian Rose” adlı moda nümayişi keçiriləcək
Mayın 14-də əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın "Caspian Rose" ("Xəzər qızılgülü") adlı moda nümayişi keçiriləcək. SİA-nın Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə modelyer məlumat verib. Layihənin məqsədi dəfilədən əldə edilən vəsaiti xeyriyyə işlərinə sərf etməkdir.

Qeyd edək ki, apreldə - "Georgian Fashion Week"də (Gürcüstan Moda həftəsi) "Caspian Rose" layihəsinin təqdimatı olub. Dəfilənin təşkilatçısı "Beynəlxalq qadın klubu"dur. Bu, klubla Fəxriyyə Xələfovanın üçüncü müştərək işidir.

Bütün xəbərlər Facebook səhifəmizdə