Rəqsanə: "Prodüserimlə birlikdə əlaqələr qurmaq, mal almaq üçün Çinə yollanacağıq"

Rəqsanə: "Prodüserimlə birlikdə əlaqələr qurmaq, mal almaq üçün Çinə yollanacağıq"
Tanınmış müğənnnilərdən biri olan Rəqsanə jurnal buraxmağa hazırlaşır. SİA-nın xəbərinə görə müğənni jurnalın ilk nömrəsinin mayın sonunda buraxılmasının nəzərdə tutulduğunu deyib.

Moskvada biznes qurmağı istəyən müğənni uğursuzluqla üzləşdiyini qeyd edib. "Mağazam yandı və ciddi ziyana düşdüm. Bu biznesə nəinki pulumu, ürəyimi də qoymuşdum. Bakı-Moskva arasında qalmışdım. Baş verənlərdən sonra xeyli müddət özümə gələ bilmədim. Depressiyaya, avtomobil qəzasına düşməyim də bununla bağlı idi. Amma yaxın vaxtlarda yenidən bu işlə məşğul olmaq fikrindəyəm. Prodüserimlə birlikdə əlaqələr qurmaq, mal almaq üçün Çinə yollanacağıq", - deyə sənətçi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə