Səidədən anası haqda qalmaqallı sözlər: "Oğlumun o nənəsinə ehtiyacı yoxdur"

Müğənni Səidə Dadaşova anası haqda yenidən qalmaqallı fikirlər səsləndirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: “İstəmirəm artıq qalmaqallı danışıb, kefimi pozum. Xoşbəxt övlad və sənətçiyəm. Hər gün atamla içimdə danışıram. Başqalarının nə dediyi əhəmiyyətsizdir. Mənim üçün anlamlı olanların fikrini dinləyirəm. Mənə atamın, qardaşımın və həyat yoldaşımın fikirləri maraqlıdır. Ata ocağından artıq çıxmış övladam. Yoldaşım hər zaman yanımdadır. Oğlumla məşğulam. Atam məni belə görmək istəyirdi”.

Atası, mərhum Xalq artisti Rafael Dadaşovdan danışan Səidə aktyorun şeirlərini nəşr etdirmək istədiyini bildirib. O, bunun üçün maddi yardıma ehtiyacı olduğunu gizlətməyib: "Kömək edən olsa, atamın şeirlərini çap etdirmək istəyərdim. Yaxşı insanlar yəqin məni eşidər. Atamın əlyazmalarını, şeirlərini toplayıb kitab çıxarmaq istəyirəm. Mənə dəstək olsunlar. Yaxşı insanlar az deyil. Ən önəmlisi isə atamın arxasında sevgi var idi. Onu sevirdilər. Atamın şeirlərini yaşadacam".
Anası Sədaqət Dadaşova haqda sözlərə isə Dadaşova belə münasibət bildirib: "Özüm bir anayam. Mənim artıq öz ailəm var, evimdə oturmuşam. Övladım, sənətimlə məşğulam. Onun ən balaca nəvəsi mənim oğlum Rafaeldir. Amma Rafaelə baxmasına ehtiyacım yoxdur. Baldızım baxır. Onu o qədər sevgi ilə əhatə ediblər ki... O, nənəsinə gərək yoxdur. Baldızım, qayınanam oğluma baxsa, daha yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə