Aynişan boşanmasını reklam adlandıranlara cavab verdi FOTO

Bir neçə gün əvvəl boşanma xəbəri ilə gündəmə gələn Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında açıqlama yayıb. SİA-nın məlumatına görə, o, həyat yoldaşı Kənan Əli ilə ayrılmalarını reklam adlandıranlara cavab verib: "Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Bu günə kimi nə bir qalmaqala qarışmışam, nə də bir məşhurla sırf reklam olunum deyə, dostluq etmişəm. Yeni layihəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. "İnstagram" və "Facebook" hesabımdan başqa heç bir hesabdan istifadə etmirəm.

O ki, qaldı kim-kimi "unfollow" etdi, kim-kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq.

Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. O gözəl qəlbinizdən öpürəm".

Qeyd edək ki, Aynişan və Kənan profillərindən toy və birlikdə olan fotolarını silib, bir-birini izləmədən çıxarıblar. Eyni zamanda A.Haşımova da kürəkəni ilə olan fotoları profilindən yığışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...